“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Zərdabda Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib

News Image

Zərdabda Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 6-da ETİHİ Zərdab Rayon Komitəsi tərəfindən Zərdab şəhər 1 nömrəli məktəb-liseydə rayonun təhsil müəssisələrinin rəhbərlərinin və ilk həmkarlar ittifaqı təşkilatı sədrlərinin iştirakı ilə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan ETİHİ Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov təhsil müəssisələrində layiqli əmək şəraitinin yaradılmasının əhəmiyyətindən danışıb, son dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlərin əmək hüquqlarının qorunmasına, təhlükəsiz və sağlam iş mühitinin təmin olunmasına mühüm töhfə verdiyini bildirib. O, layiqli əməyin yalnız əməkhaqqı ilə məhdudlaşmadığını, işçilərin hüquqlarının qorunması, təhlükəsiz əmək şəraiti, sosial təminat və əməyə hörmət kimi mühüm prinsipləri özündə birləşdirdiyini qeyd edib.


Daha sonra çıxış edən Mərkəzi Aran Regional Məşğulluq Filialının Zərdab rayon xidmət şöbəsinin müdiri Şəhriyar Şükürzadə işə qəbul, əmək şəraitinin dəyişdirilməsi və digər əmək münasibətləri ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər barədə məlumat verib, işçilərin əmək hüquqları və onların müdafiəsi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Tədbirdə çıxış edən Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının üzvü, psixoloq Aynurə İsmayılova uşaq əməyinin istismarının qarşısının alınması, bu kimi halların uşaqların mənəvi və psixoloji inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verib.


Tədbirin sonunda təhsil müəssisələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlar iştirakçıların diqqətinə çatdırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Zərdabda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

News Image

Zərdabda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Zərdab Rayon İcra Hakimiyyəti, Zərdab rayonu üzrə təhsil sektoru və ETİHİ Zərdab Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadənin rayon müəllimlərinə ünvanladığı təbriki çatdırıb.


Daha sonra çıxış edən Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov və ETİHİ Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov təhsil sahəsinə göstərilən dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun davamlı olaraq təkmilləşdirilməsindən bəhs edib, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəsillərin formalaşmasında mühüm rolunu vurğulayıblar.


Tədbirin sonunda təhsilin inkişafında xidmətləri ilə seçilən bir qrup təhsil işçisinə Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən “Fəxri Fərman” və ETİHİ Zərdab Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Zərdabda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir sıra təhsil müəssisələrində görüşlər keçirilib

News Image

Zərdabda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir sıra təhsil müəssisələrində görüşlər keçirilib

Sentyabrın 28-29-da ETİHİ Zərdab Rayon Komitəsi tərəfindən rayonun ucqar yaşayış məntəqələrində yerləşən məktəblərin pedaqoji heyətləri ilə görüşlər keçirilib.


Əlvənd, Körpükənd, Məlikumudlu kənd tam orta, Otmanoba və Körpükənd kənd ümumi orta ümumtəhsil məktəblərində təşkil olunan görüşlərdə ETİHİ Respublika Komitəsinin İnzibati idarəetmə şöbəsinin müdiri Yasin Vəliyev, ETİHİ Zərdab Rayon Komitəsinin sədri Aqil Məmmədov və müvafiq təhsil müəssisələrinin kollektivləri iştirak ediblər.


Görüşlər zamanı müəllim əməyinin cəmiyyətin inkişafındakı mühüm rolu, təhsil işçilərinin əmək hüquqları və sosial təminatları, həmçinin həmkarlar ittifaqının təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.


Çıxışlarda müəllim peşəsinin böyük məsuliyyət və fədakarlıq tələb etdiyi, gənc nəslin təlim-tərbiyəsində müəllimlərin əvəzsiz xidmətlərinin olduğu xüsusi vurğulanıb. Bildirilib ki, ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən müəllimlərin əməyinin dəstəklənməsi və onların qarşılaşdıqları məsələlərin diqqətdə saxlanılması həmkarlar ittifaqının fəaliyyət istiqamətlərindən biridir.


Sonda müvafiq məktəblərin uzunmüddətli əmək fəaliyyəti ilə seçilən müəllimlərinə hədiyyələr təqdim olunub, tədbirlər çay süfrəsi arxasında davam etdirilib.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

Zərdabda yüksək bal toplayan məzunlarla görüş keçirilib

News Image

Zərdabda yüksək bal toplayan məzunlarla görüş keçirilib

Sentyabrın 3-də Zərdab rayonu üzrə təhsil sektoru və ETİHİ Zərdab Rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayonun ali təhsil müəssisələrinə yüksək nəticə göstərərək qəbul olunmuş məzunları ilə görüş keçirilib.


Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onların təhsil həyatında qazandıqları uğurların məqsədyönlü zəhmətin, əzmkarlığın və müəllim əməyinin nəticəsi olduğunu vurğulayıblar. Bildirilib ki, belə nailiyyətlər ölkədə insan kapitalının inkişafına, gənclərin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir.


Görüş zamanı məzunların gələcək təhsil planları, seçdikləri ixtisaslar, ali məktəb həyatına dair gözləntiləri və qarşıya qoyduqları hədəflər ətrafında fikir mübadiləsi aparılıb.


Sonda ali təhsil müəssisələrinə yüksək nəticə ilə qəbul olunmuş məzunlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Zərdabda Alıcanlı bağçasının kollektivi üçün gəzinti turu təşkil olunub

News Image

Zərdabda Alıcanlı bağçasının kollektivi üçün gəzinti turu təşkil olunub

ETİHİ Zərdab Rayon Komitəsinin dəstəyi ilə avqustun 15-də Birinci Alıcanlı kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün gəzinti turu təşkil olunub.


Qəbələ-İsmayıllı rayonları istiqamətində təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar. Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir.


Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların rayonun digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.

Zərdabda məktəbəqədər təhsil müəssisələrinin kollektivləri üçün gəzinti turları təşkil olunub

News Image

Zərdabda məktəbəqədər təhsil müəssisələrinin kollektivləri üçün gəzinti turları təşkil olunub

ETİHİ Zərdab Rayon Komitəsinin dəstəyi ilə iyulun 18-də və 25-də müvafiq olaraq Əlibəyli və Məlikli kənd körpələr evi-uşaq bağçalarının kollektivləri üçün gəzinti turları təşkil olunub.


Şəki və Qəbələ-İsmayıllı rayonları istiqamətində təşkil edilən turlar çərçivəsində iştirakçılar həmin bölgələrin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar. Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir.


Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların rayonun digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.

Zərdabın Aşağı Seyidlər məktəbinin kollektivi üçün gəzinti turu təşkil edilib

News Image

Zərdabın Aşağı Seyidlər məktəbinin kollektivi üçün gəzinti turu təşkil edilib

ETİHİ Zərdab Rayon Komitəsinin dəstəyi ilə iyulun 7-də Aşağı Seyidlər kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün gəzinti turu təşkil olunub.


Şəki rayonu istiqamətində təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar.

Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir.


Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların rayonun digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.

Zərdabda növbəti gəzinti turu Dəli Quşçu məktəbinin kollektivi üçün təşkil edilib

News Image

Zərdabda növbəti gəzinti turu Dəli Quşçu məktəbinin kollektivi üçün təşkil edilib

ETİHİ Zərdab Rayon Komitəsinin dəstəyi ilə iyulun 5-də Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün gəzinti turu təşkil olunub.


Şəki rayonu istiqamətində təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar.

Gəzinti proqramının məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir.


Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların rayonun digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.

Zərdabda təqaüdə göndərilən təhsil işçilərinə xatirə hədiyyələri təqdim olunub

News Image

Zərdabda təqaüdə göndərilən təhsil işçilərinə xatirə hədiyyələri təqdim olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin təşəbbüsü ilə çalışmanın yaş həddi ilə əlaqədar əmək fəaliyyətinə xitam verilən təhsil işçiləri ilə görüşlər təşkil olunub.


Müvafiq təhsil müəssisələrində keçirilən görüşlərdə müəssisə rəhbərləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və pedaqoji kollektivin üzvləri iştirak ediblər.


Bir sıra təhsil müəssisələrində keçirilən görüşlərdə iştirak edən Rayon Komitəsinin sədri Aqil Məmmədov uzunillik səmərəli fəaliyyətlərinə və təhsilin inkişafına verdikləri töhfəyə görə təqaüdə yola salınan təhsil işçilərinə təşəkkürünü bildirib, onlara möhkəm cansağlığı, xoş və firavan ömür arzulayıb.


Həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsi tərəfindən 2025–2026-cı tədris ilində çalışmanın yaş həddinə çataraq təqaüdə göndərilən ümumilikdə 65 nəfər təhsil işçisinə xatirə hədiyyələri təqdim edilib.